...

Bəhram Xəlilov: Dövlət Qulluğu Məcəlləsinin payızda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir

Siyasət Materials 21 İyun 2014 13:31
Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi layihəsinin son variantı artıq hazırdır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Bəhram Xəlilov: Dövlət Qulluğu Məcəlləsinin payızda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi layihəsinin son variantı artıq hazırdır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, Dövlət Qulluğu Məcəlləsinin layihəsi üzərində geniş ictimai müzakirələr aparıldıqdan sonra onun son variantı hazırlanıb: "Biz Dövlət Qulluğu Məcəlləsi layihəsinin son variantını da yenidən müzakirəyə çıxaracağıq. Hər kəs Komissiyanın saytında yerləşdirilmiş Məcəllə ilə bağlı təklif və iradlarını bildirə bilər. Bundan sonra Məcəllə layihəsinin son variantı Prezident Administrasiyasına təqdim olunacaq. Oradan isə Milli Məclisə göndəriləcək. Dövlət Qulluğu Məcəlləsinin artıq bu ilin payızında Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir".

Qeyd edək ki, Azərbaycanda dövlət qulluğu ilə bağlı məsələlər 12 qanun, 50-yə yaxın fərman və Nazirlər Kabinetinin 8 qərarı ilə tənzimlənir. Bu sahədə ciddi islahatların aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 7.1-ci bəndində dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması nəzərdə tutulub. Bundan başqa, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması "Yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında" Dövlət Proqramında da öz əksini tapıb.

Mütəxəssislər hesab edirlər ki, sözügedən qanunvericilik aktının qəbul edilməsindən sonra bir çox məsələlərə, o cümlədən müəllim və həkimlərə "dövlət qulluqçusu" statusunun verilib-verilməməsi məsələsinə də aydınlıq gətiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti