...

Bəzi üzv ölkələr arasındakı münaqişələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir

Siyasət Materials 26 Aprel 2016 19:41 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə təəssüflə qeyd edildi ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir.

E.Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrasturukturuna dair məlumat verdi.

M.Kristides bildirdi ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda qədim İpək Yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti