...

Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir

Siyasət Materials 18 Oktyabr 2017 13:17 (UTC +04:00)
Erməni xalqı tamamilə anlayır ki, “dondurulmuş” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyir gətirmir.
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir

Bakı. Gülqız Muradova - Trend:

Erməni xalqı tamamilə anlayır ki, “dondurulmuş” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyir gətirmir.

Bunu Trend-ə ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin işğalı Ermənistanın maraqlarına cavab vermir: “ATƏT-in Minsk qrupu erməni xalqının adından Moskva, Paris və Vaşinqtondakı siyasətçilərə müraciət edə bilər ki, əgər onlar Ermənistan hökumətinə təzyiq göstərsələr, bu yalnız erməni xalqının xeyrinə olar”.

R.Sobhani qeyd edib ki, Minsk qrupu Ermənistan tərəfinə Azərbaycanla sülh əldə olunacağı təqdirdə bunun uzunmüddətli üstünlüklərini göstərməlidir: “Azərbaycan ərazilərinin işğalını dayandırmaqla, erməni xalqı qonşu ölkə ilə ticarətdən xeyir görəcək. ATƏT-in Minsk qrupu münaqişə sonrası iqtisadi artım yolunu göstərəcək bir plan hazırlamalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti