...

Aİ Azərbaycanla yeni saziş üzrə danışıqlardakı irəliləyişi alqışlayır

Siyasət Materials 24 Noyabr 2017 19:03 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı irəliləyişi alqışlayır.
Aİ Azərbaycanla yeni saziş üzrə danışıqlardakı irəliləyişi alqışlayır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı irəliləyişi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.

Bəyanatda qeyd olunur ki, Aİ Azərbaycan, Ermənistan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları, ümumi maraqları əks etdirən investisiya təşviqini, ticarət və intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək.

Sammit iştirakçıları həmçinin Azərbaycan və Aİ arasından vahid hava məkanı haqqında danışıqların tez bir zamanda yekunlaşmasını istədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti