...

ADA Universitetində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 27 Oktyabr 2022 13:24 (UTC +04:00)
ADA Universitetində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetində böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Trend-in cümə axşamı verdiyi məlumata görə, Nizami fəlsəfəsi və müasir dünyanın böhranına həsr olunmuş tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Sergeldinin sözlərinə görə, bir çox avropalı müəlliflər Nizaminin yaradıcılığından ilhamlanıb. Bundan başqa, şaitin qoyduğu irs bugünədək aktualdır.

ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami yaradıcılığının populyarlaşmasında böyük rol oynayır.

Tədbir iştirakçıları həm də dünyanın bu gün qarşılaşdığı qlobal böhran məsələlərini də müzakirə edib.

BMT Baş Assambleyasının keçmiş sədri Volkan Bozkır bildirib ki, dünya bu gün koronavirus pandemiyasının fəsadları, Avropadakı hərbi əməliyyatların səbəb olduğu ərzaq və enerji böhranı kimi problemlərlə qarşılaşıb.

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili vurğulayıb ki, Nizami Gəncəvi öz dövründə bu gün də aktual olan məsələlərə toxunurdu. Keçmiş prezident həmçinin, qlobal böhranın və cari problemlərin öhdəsindən gəlməyin vacibliyini qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti