...

Milli Məclisdə deputat Fazil Mustafaya qarşı silahlı hücum pislənilib

Siyasət Materials 4 Aprel 2023 11:23 (UTC +04:00)
Milli Məclisdə deputat Fazil Mustafaya qarşı silahlı hücum pislənilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputat Fazil Mustafaya qarşı silahlı hücum Milli Məclisdə pislənilib.

Trend-in məlumatına görə, deputat Bəhruz Məhərrəmov bildirib ki, bu terror hücumu bütövlükdə Azərbaycan xalqına yönəlmiş hücumdur.

“Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud hakimiyyət orqanlarının nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit,, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir”, - deyə o qeyd edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət, 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir.

“Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz.

Kimdir bu xəyanətkarlar? İlk növbədə, şərəfini heysiyyətini İrana satanlar. Əbalı narkobaronların və əmmaməli terrororistlərin yuvası İran öz yerində, indi daxildəki digər və əsas xəyanətkar qrup antimilli Şura nə edir? Siz onların rəhbərlərinin bircəciyinin İranın bu mövqeyinə etirazlarını eşitmisizmi? Biri təqsirsizlik prizumpsiyasından danışır, digəri İranı, onun agentlərini günahsız çıxarmağa çalışır. Necə ki, bundan öncəki vətən xainlərini utanmazcasına siyasi “qəhramana” çeviriblər, bu gün də eyni ampluadadırlar. Bu cür siyasi fəaliyyət olarmı? Vətən xainini müdafiə etmək Vətənə xəyanətin ən ağır formasıdır”, - deyə deputat əlavə edib.

Deputat Əli Məsimli da bildirib ki, Fazil Mustafaya qarşı sui-qəsd iyrənc bir terror aktıdır. “Bu, Azərbaycan dövlətinə qarşı bir terror aktıdır. Ona görə pisləyirik. Onlar Azərbaycan xalqını qorxutmaq istədilər, ancaq Azərbaycan cəmiyyəti toparlandı, hüquq-mühafizə orqanları qısa zamanda bu terrorun iştirakçılarını ifşa etdi”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti