...

Cari ilin yay mövsümündə çimərliklərdə baş vermiş boğulma halları ilə əlaqədar cinayət işi qaldırılıb

Siyasət Materials 2 Dekabr 2005 19:39 (UTC +04:00)

Cari ilin yay mövsümündə Bakı ətrafı çimərliklərdə baş vermiş boğulma halları ilə əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. Bu barədə Trend ə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, Əzizbəyov, Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı və Səbail rayon prokurorluqlarında aparılmış yoxlamalara dair materiallar üzrə ümumiləşdirmə aparılıb. Cari ilin yay mövsümü ərzində Bakı şəhəri ətrafındakı çimərliklərdə 44 nəfərin suda boğulub ölməsi barədə 38 material üzrə aparılmış ilkin araşdırma materialları öyrənilib. Müəyyən olunub ki, Bakı şəhərinin çimərliklərində xilasetmə xidmətinin olmasına baxmayaraq boğulmuş 44 şəxsə xilasedicilərin köməyi olmayıb.

Bununla yanaşı çimərlik sahibləri və xilasetmə xidmətinin məsul işçiləri üzərlərinə düşən işləri lazımi səviyyədə həyata keçirməyiblər.

Toplanmış bu faktlarla əlaqədar Azərböaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cxinayəıt işi başlanıb, istintaqın icraatı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi M.Şirinova tapşırılıb.

Xəbər lenti

Xəbər lenti