...

Azərbaycan prezidenti 15-16 martda Tacikistanda rəsmi səfərdə olacaq

Siyasət Materials 9 Mart 2007 12:55 (UTC +04:00)
Azərbaycan prezidenti 15-16 martda Tacikistanda rəsmi səfərdə olacaq

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan prezidenti İlham Əliyev 15-16 martda Tacikistana rəsmi səfər etmək niyyətindədir. Bu barədə eksklüziv olaraq Trend ə Tacikistan XİN-in dövlət protokolu idarəsinin rəisi Xomicon Nazarov məlumat verib.

Onun sözlərinə görə, səfərə hazırlıq məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı altında nümayəndə heyəti Düşənbədədir. Matın 9-da Azərbaycan nümayəndə heyətini Tacikistan xarici işlər nazirinin birinci müavini Saymumin Yatimov qəbul edib. Görüşdə Azərbaycan prezidentinin qarşıdan gələn səfəri ilə bağlı məsələlər müzakirə edilib.

Bundan başqa, idarələrarası xarakterli məsləhətləşmələr aparılır - Azərbaycan nümayəndə heyətinin üzvləri Tacikistanlı həmkarları ilə səfər çərçivəsində imzalanacaq sənədlərin razılaşdırılması məqsədilə danışıqlar aparır. Tərəflər martın 12-nə qədər səfər proqramı ilə bağlı bütün detalların tamamlanması məqsədilə lazımi məsləhətləşmələr aparmağı qərara alıb, - deyə X.Nazarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti