...

Azərbaycanın mədəniyyət nümayəndələri Fransaya gedəcəklər

Cəmiyyət Materials 23 Noyabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /müx. TrendLife Vüqar İmanov/

Fransanın Marsel şəhərində "Azərbaycan həftəsi" keçiriləcək. Bu tədbir çərçivəsində, tamaşaçılara kinorejissor Rüstəm İbrahimbəyovun "Əlvida, cənub şəhəri" filmi və "İbrus" teatrının hazırladığı "Arabirgörüşməyə qadın axtarıram" tamaşası təqdim ediləcək. Həmin tamaşada əsas rolları xalq artisti Fuad Poladov, Mehriban Zəki oynayacaqlar. Bu haqda TrendLife-a Azərbaycanın xalq artisti Fəxrəddin Manafov məlumat verib. "Mən həm adıçəkilən filmdə, həm də tamaşada rol almışam. Ümidvaram ki, təqdim etdiyimiz tamaşa fransızların çox xoşuna gələcək"-deyə, o, bildirib.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti Fransaya bu gün yola düşürl.

Xəbər lenti

Xəbər lenti