...

Azərbaycan parlamentində hökumətə jurnalistlərin mənzil probleminin həlli ilə bağlı müraciət edilib

Cəmiyyət Materials 11 Noyabr 2008 17:33 (UTC +04:00)
Azərbaycan parlamentində hökumətə jurnalistlərin mənzil probleminin həlli ilə bağlı müraciət edilib

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatı,

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliev jurnalistlərin mənzil probleminin həllində hökümətdən kömək istəyib.

"Azərbaycan jurnalistlərinin əksəriyyətinin yaşayış vəziyyəti yaxşı deyil, mənzilləri yoxdur",- deyə parlamentin çərşənbə axşamı keçirilən iclasında Həsənquliyev bildirib.

Trend - un məlumatına görə, iclasda Azərbaycanın 2009 - cu il üzrə dövlət büdcəsi hökümət nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Həsənquliyev qeyd edib ki, bu il dövlət büdcəsindən mətbuata vəsaitin ayrılması nəzərdə tutulub. Onun fikrincə, bu mətbuatın problemlərini həll etməyəcək.

"Jurnalistlər hökumətə müraciət ediblər ki, onlara torpaq sahəsi ayrılsın və onlar orada öz hesablarına mənzil tiksinlər. Lakin üç ildən çox keçsə də, Bakı şəhər İcra Hakimiyyəti torpaq sahəsini ayırmır. Ona görə də, hökümət üzvlərindən xahiş edirəm ki, jurnalistlərin bu problemlərinin həlli istiqamətində onlara kömək etsinlər", - deyə deputat əlavə edib.

Jurnalistlərin Həmkarlar İttifaqının yaydığı məlumata görə, ölkə jurnalistlərinin təxminən 80 faizinin mənzil problemi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti