...

Azərbaycanın Aktaudakı Baş konsulluğu "İki xalq - bir tale" kitabını nəşr edib

Cəmiyyət Materials 2 May 2011 17:51 (UTC +04:00)
Azərbaycanın Aktaudakı Baş konsulluğu "İki xalq - bir tale" kitabını nəşr edib. Kitabın müəllifi Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Natalya Zadereskayadır.
Azərbaycanın Aktaudakı Baş konsulluğu "İki xalq - bir tale" kitabını nəşr edib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Aktaudakı Baş konsulluğu "İki xalq - bir tale" kitabını nəşr edib. Kitabın müəllifi Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Natalya Zadereskayadır. Trend-in məlumatına görə, bu barədə Baş konsulluğun məlumatında deyilir.

Qazax və rus dillərində çap olunan və illüstrasiyalarla bəzədilmiş kitab geniş oxucu dairəsinə çoxəsrlik əlaqələrə malik iki türk xalqının tarixi, mədəniyyəti və adətlərinin unikal xüsusiyyətlərini öyrənməyə imkan verir.

"Azərbaycan və Qazaxıstan prezidentlərinin qabaqcıl siyasətləri sayəsində Qazaxıstan və Azərbaycan xalqlarının fəaliyyətin bütün - iqtisadi, siyasi və mədəni sahələrində dostluğu və əməkdaşlığı ildən ilə möhkəmlənir, - Azərbaycanın Aktaudakı baş konsulu, həm də bu kitabın yaradılmasının ideya müəllifi olan Rəşad Məmmədov bildirib. - İki qardaş dövlətin dostluğunun başlanğıcını onların liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev qoyub. Yeni nəşrin təqdimatının mayın 6-da, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində keçirilməsi də rəmzidir".

Kitabın səhifələrində təqdim olunan Azərbaycan və Qazaxıstanın abidələri orijinallıqla yanaşı, müxtəlif dövrlərdə düşmənə qarşı birləşən qardaş türk xalqlarının mədəniyyət və memarlıqlarının ümumiliyini əks etdirir. Kitabda elmi ekspedisiyaların arxeoloji tapıntıları, eləcə də Azərbaycan və Qazaxıstanın çoxəsrlik ticarət əlaqələrini sübut edən Ağdam qablarının qalıqları ətraflı təsvir olunub.

Rəsmi statistikaya görə, bu gün Qazaxıstanda 150 mindən artıq azərbaycanlı yaşayır, onların onda biri Mangistau (Manqışlaq) vilayətindədir. Ölkənin bütün regionlarında Azərbaycanın milli mərkəzləri fəaliyyət göstərir, onlar öz həmvətənləri ilə sıx əlaqə saxlayırlar. Düz 20 il əvvəl Mangistau vilayətində "Dostluq" Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaradılıb. Kitabda Mangistau vilayətinin Qazaxıstan Xalqları Assambleyasının 20 etnik-mədəni birliyi rəhbərlərinin sülhsevər, qonaqpərvər və əməksevər Azərbaycan xalqının nümayəndələrinin ünvanına söylədikləri xoş sözlər dərc olunub.

Xəbər lenti

Xəbər lenti