...

İmtahan binalarında mobil telefonları müəyyən edən cihazlar quraşdırılacaq

Cəmiyyət Materials 1 İyul 2011 13:10 (UTC +04:00)
İmtahan binalarında mobil telefonları müəyyən edən cihazlar quraşdırılacaq
İmtahan binalarında mobil telefonları müəyyən edən cihazlar quraşdırılacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend , müxbir İ.İsabalayeva/

Bu il qəbul imtahanlarında imtahan binalarına mobil telefonlar gətirilməsini müəyyən edən xüsusi cihazlar quraşdırılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, həmin cihazlar vasitəsilə binaya mobil telefon daxil olması müəyyənləşən kimi axtarışlara başlanacaq.

"Kim telefonla daxil olsa, hətta o telefon söndürülmüş olsa belə, həmin telefon müəyyən olunacaq və binada axtarışlara başlanılacaq. Heç bir müzakirə aparılmadan həmin şəxslərin imtahan nəticələri ləğv ediləcək", - Abbaszadə bildirib.

O qeyd edib ki, bu texnologiaya əvvəllər yalnız imtahan binalarının bir qismini əhatə edirdi. Bu il isə bütün imtahan binalarında mobil telefonları müəyyən etmək mümkün olacaq.

"Ona görə də qəbul qaydalarına uyğun olaraq, abituriyentlər imtahana gələrkən özləri ilə yalnız şəxsiyyət vəsiqələrini, "Buraxılış vərəqə"lərini və qələm gətirə bilərlər. Hər bir zalda su olacaq. Abituriyentlər özləri ilə nə qədər böyük çanta gətirsələr, buraxılış zamanı da bir o qədər çox problemləri yarana bilər", - komissiya sədri deyib.

Xəbər lenti

Xəbər lenti