...

Azərbaycan dünya çempionatına 23 güləşçi ilə qatılıb

Cəmiyyət Materials 23 Avqust 2011 19:12 (UTC +04:00)
Avqustun 23-28-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.
Azərbaycan dünya çempionatına 23 güləşçi ilə qatılıb

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Avqustun 23-28-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək. Çempionatın proqramına əsasən, ilk iki gün xalça üzərinə sərbəst güləşçilər çıxacaq. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləş yığmamız artıq Macarıstandadır. Heyətdə Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Mircəlal Həsənzadə (50 kq), Sultan Nəsrullayev (54 kq), Elçin Məmmədov (58 kq), Gitinomaqomed Hacıyev (63 kq), Elmar İsmayılov (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Səid Həmidov (100 kq) yer alıb.

Yeniyetmə qızlarımız son Avropa çempionatında 4 güləşçi ilə təmsil olunduqlarına görə, dünya çempionatında da 4 güləşçimiz mübarizə apara bilər. Dünya çempionatına Sahilə Ələkbərova (38 kq), Aydan Səfərli (46 kq), Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) yollanacaq.

Çempionatın son günlərində mübarizəyə qoşulacaq yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirirlər. Heyətdə Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Hacımurad Bağmanov (69 kq), Elməddin Ramazanov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyevin yer alması gözlənilir.

Bundan başqa, sentyabrın 12-dən 18-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək güləş üzrə dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirirlər.

Dünya çempionatı 2012-ci ilin London Olimpiadasına lisenziya xarakteri daşıdığından güləşçilərimiz üçün ikiqat əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti