...

Bakıda start götürəcək boks üzrə dünya çempionatının rəsmi saytı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 15 Sentyabr 2011 19:04 (UTC +04:00)
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatının rəsmi saytı fəaliyyətə başlayıb.
Bakıda start götürəcək boks üzrə dünya çempionatının rəsmi saytı fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatının rəsmi saytı fəaliyyətə başlayıb.

Azərbaycan Boks federasiyasından Trend-ə verilən məlumata görə, Wchbaku2011.com ünvanında yarışla bağlı bütün xəbərlərə rast gəlmək olar. Bundan başqa, saytda Azərbaycan boksunun tarixi, idmançılarımızın beynəlxalq arenadakı nailiyyətləri barədə də məlumatlar yerləşdirilib.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti