...

İmişlidə xəstəxananın tikinti işlərinin əsas mərhələsi yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 20 Dekabr 2014 10:23 (UTC +04:00)
İmişlidə “Azərsun Holdinq” tərəfindən inşa edilən xəstəxananın tikinti işlərinin əsas mərhələsi yekunlaşmaq üzrədir.
İmişlidə xəstəxananın tikinti işlərinin əsas mərhələsi yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İmişlidə "Azərsun Holdinq" tərəfindən inşa edilən xəstəxananın tikinti işlərinin əsas mərhələsi yekunlaşmaq üzrədir.

"Azərsun Holdinq"dən Trend-ə verilən məlumata görə, Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən "Azərsun Holdinq" növbəti dəfə uğurlu bir layihəni reallaşdırmaq üzrədir.

Şirkət Biləsuvardakı müəssisələrində çalışan kənd sakinlərinin sağlamlığının təmin edilməsinə öz töhfəsini vermək məqsədi ilə İmişlinin Hacı Rüstəmli kəndində xəstəxana inşa edir. "Azərsun Holdinq"in vitse-prezidenti Tahir Gözəlin dəstəyi ilə yaradılan bu səhiyyə ocağında tikinti işləri yekunlaşmaq üzrədir: " Xüsusilə vurğulamaq lazımdır ki, yeni tikilən kənd xəstəxanası istifadəyə yararsız vəziyyətdə olan köhnə tibb mərkəzinin yerində sıfırdan tikilir. Yeni xəstəxananın tikintisinin bütün xərclərini "Azərsun Holdinq" öz üzərinə götürüb. Qeyd edək ki, kənddə fəaliyyət göstərəcək xəstəxana müasir tələblərə cavab verəcək və insanlar uzun yol qətt etmədən öz sağlamlıqlarının qeydinə qala biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti