Dövlət qulluğuna dair qanunvericiliyin tələblərini pozan dövlət qurumlarının adları açıqlandı

Dövlət qulluğuna dair qanunvericiliyin tələblərini pozan dövlət qurumlarının adları açıqlandı

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2014-cü il ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət sahəsində görülən tədbirlər nəticəsində bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunub.

Komissiyadan Trend-ə bildiriblər ki, "Dövlət qulluğu haqqında" qanunun 29.2-ci maddəsinin birinci hissəsinə əsasən, dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Lakin bir sıra dövlət qurumları qanunun bu tələblərini pozublar: "Hesabat dövrü ərzində Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Diaspor ilə İş üzrə Dövlət Komitəsi (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Dövlət Mülki Aviasiya Administrasiyası (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Tarif (qiymət) Şurasının Katibliyi (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Gəncə Hərbi Məhkəməsi, Ağcabədi Rayon Məhkəməsi, Ağstafa Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi, Bakı Şəhər Nizami Rayon Məhkəməsi, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, İmişli Rayon Məhkəməsi, Kürdəmir Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Ucar Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi tərəfindən həmin orqanlarda inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda, qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilməyib.

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrin 2007-ci ildən keçirilməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu günə kimi həmin orqanda mövcud olan vakant vəzifələr qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə Komissiyaya təqdim edilməyib. Bununla da "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin birinci hissəsinin tələbləri pozulub".

Komissiyadan həmçinin bildiriblər ki, "Dövlət qulluğu haqqında" qanunun 28.6-cı maddəsinə əsasən, dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir. Lakin bu qaydaya heç də bütün dövlət qurumları əməl etməyib: "4 və 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə elan edilmiş və 2014-cü ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 8 ay, Səhiyyə Nazirliyi tərəfindən 4 ay, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 25 iş günü, Dövlət Baytarlıq Xidməti tərəfindən 10 iş günü, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 4 ay, Energetika Nazirliyi tərəfindən (struktur dəyişikliyi ilə əlaqədar olaraq) 1 ay, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (struktur dəyişikliyi ilə əlaqədar olaraq) 2 ay, Maliyyə Nazirliyi tərəfindən isə 53 iş günü müddətində gecikdirilib.

1, 23 və 30 aprel, 20 may, 13 iyun 2014-cü il tarixlərdə elan edilmiş müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı müvafiq qərarın qəbul edilməsi Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən 43 iş günü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 41 iş günü, Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən 38 iş günü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 33 iş günü, Nəqliyyat Nazirliyi tərəfindən 31 iş günü, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən 25 iş günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 22 iş günü, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 21 iş günü, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 4 ay, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 30 iş günü, Neftçala Rayon Məhkəməsi tərəfindən 28 iş günü, Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 16 iş günü, Tovuz Rayon Məhkəməsi tərəfindən 15 iş günü, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12 iş günü müddətində gecikdirilib".

Bundan əlavə, "Dövlət qulluğu haqqında" qanunun 28.6-cı maddəsinə əsasən dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək vakant vəzifəyə təyin etməlidir. Lakin bu sahədə də pozuntular aşkar edilib: "7 may 2013-cü il tarixdə elan edilmiş müsabiqə üzrə uğur qazanmış namizədlərin təyinatları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin aprelində yekunlaşıb. Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə hərracların təşkili şöbəsində vakant aparıcı məsləhətçi vəzifəsi üzrə müvəffəqiyyət əldə etmiş iki namizəddən biri başqa dövlət qulluğu vəzifəsinə təyin edilib, digər namizəd isə iddia etdiyi vəzifəyə təyin edilməyərək ehtiyat kadrlar siyahısına daxil edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Kargüzarlıq və vətəndaşların müraciətlərinə baxılması şöbəsində vakant baş məsləhətçi vəzifəsi üzrə 7 may 2013-cü il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət əldə etmiş iki namizəddən biri müvafiq vakant vəzifəyə təyin edilməyib, digər namizədin sənədləri isə ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Komissiyaya təqdim edilib.

1 aprel 2014-cü il tarixdə elan edilmiş müsabiqədə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyində Malların (işlərin və xidmətlərin) satın alınmasının tənzimlənməsi şöbəsinin Elektron məlumat bazasının təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə müvəffəqiyyət əldə etmiş namizəd vakant vəzifəyə təyin edilməyib. Bununla da göstərilən dövlət orqanları tərəfindən qeyd olunan qanunun 28.6-cı maddəsinin tələbləri pozulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bəyan edir ki, qeyd edilən hallar dövlət qulluğunun nüfuzunu aşağı salaraq vətəndaşların dövlət orqanlarına olan etimadını sarsıdır.

TamKartla yeni fürsətlər
TamKartla yeni fürsətlər
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Loading Bars
Xəbər lenti
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaşa görə pensiyaların orta aylıq məbləği artıb
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Martın 7-də dövlət qulluğuna test imtahanları keçiriləcək
İraq qəzeti Prezident İlham Əliyevin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
Ağdamda minaya düşən idarə rəisinin vəziyyəti stabilləşib
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir (FOTO/VİDEO)
Aksiyalarda Paşinyan snayperlərlə belə qorunur (VİDEO)
Əfv Məsələləri Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Kanada əmək miqrantları üçün ən cəlbedici ölkədir
Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb
İlon Mask "Starship"in partlamasını şərh etdi
Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
Venesuelada koronavirusun "Braziliya" ştammına yoluxmalar qeydə alınıb
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
"Starship" gəmisinin prototipi enişdən sonra partlayıb
Almaniyada karantin rejiminin müddəti uzadılıb
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Bütün xəbərlər