...

Dövlət qulluğu vəzifələrinə imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 11 İyun 2015 12:33 (UTC +04:00)
Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Dövlət qulluğu vəzifələrinə imtahanın nəticələri açıqlandı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 75,72%-ni gənclər təşkil edib. Namizədlərdən 999 nəfəri (35,05%) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 1851 namizəddən 28,09%-i qadın, 74,77%-i gənc namizəd olub. Test imtahanı mərhələsini 147-si qadın namizəd olmaqla 548 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 22,99%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən
- 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

- Kənd Təsərrüfatı Nazirliyi - qeydə alınmış 957 namizəddən 203 nəfəri;
- Dövlət Statistika Komitəsi - qeydə alınmış 588 namizəddən 130 nəfəri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti