...

Misirdəki səfirlik qaçırılmış təyyarədə azərbaycanlıların olub-olmamasını araşdırır

Cəmiyyət Materials 29 Mart 2016 11:33 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır.
Misirdəki səfirlik qaçırılmış təyyarədə azərbaycanlıların olub-olmamasını araşdırır

Bakı. Trend:

Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır.

Bunu Trend-ə diplomatik missiyadan deyiblər.

Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti