...

Azərbaycanda yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlandı

Cəmiyyət Materials 13 İyul 2016 13:51 (UTC +04:00)
Azərbaycanda bu ilin 6 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib.
Azərbaycanda yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bu ilin 6 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1%-i (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2%-i (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21 hadisə, 8 ölüm, 25 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı yaralanıb. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər isə yaralanıb. 2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb.

Ümumilikdə, 2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti