...

Azərbaycanda vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirilir - Aİ səfiri

Cəmiyyət Materials 12 Oktyabr 2021 17:14 (UTC +04:00)
Azərbaycanda vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirilir - Aİ səfiri

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki yeni səfiri Peter Mixalko deyib.

Səfir qeyd edib ki pandemiya yalnız bir ölkəni yox, bütün dünyanı öz cənginə alıb: "Bu səbəbdən dünya ölkələrinin bu sahədə əməkdaşlığı çox vacibdir. Bildiyiniz kimi, "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində göstərilən yardım paketi regionun 6 ölkəsini əhatyə edir. Azərbaycan da buraya daxildir".

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti