...

Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2021 14:57 (UTC +04:00)
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: “Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti