...

Sabah 19 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 23 Fevral 2022 12:57 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir.

Bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Fevralın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti