...

Ərzaq mağazasında istehlak müddəti bitmiş məhsullar aşkarlanıb

Cəmiyyət Materials 20 May 2022 10:39 (UTC +04:00)
Ərzaq mağazasında istehlak müddəti bitmiş məhsullar aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Çəmənli kəndində fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Cabir Nadir oğluna məxsus qida məhsullarının pərakəndə satışı mağazasında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu faktları aşkar edilib. Belə ki, mağazada süni işıqlandırma lampalarının qoruyucu örtüklə təchiz edilmədiyi, məhsulların saxlanılmasında temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, həmçinin satışa təqdim olunan bəzi qida məhsullarının istehlak müddətinin bitdiyi və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti