Bakı. Trend:
2022-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği 40,1% artıb.
Bu barədə bazer ertəsi Trend-ə Dövlət Sosial Müdafiə Fondundna məlumat verilib.
Qeyd edilib ki, 2021-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 279,9 manat idisə, 2022-ci ilin dekabrında bu məbləğ artaraq, 392,2 manat təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.