...

“Steam” bəzi “Windows” əməliyyat sistemləri üçün dəstəyi dayandıracaq

Cəmiyyət Materials 30 Mart 2023 13:44 (UTC +04:00)
“Steam” bəzi “Windows” əməliyyat sistemləri üçün dəstəyi dayandıracaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Steam” bəzi “Windows” əməliyyat sistemləri üçün dəstəyi dayandıracağını açıqlayıb. Açıqlamaya görə, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək qərar bütün “Steam” istifadəçilərinin 1%-dən çoxunu əhatə edir.

Trend-in məlumatına görə, istifadəçilər həmin tarixdən əvvəl əməliyyat sistemini dəyişməli və ya yeni kompüterə sahib olmalıdırlar.

Qərarın “Windows 7”, “Windows 8” və “Windows 8.1” istifadəçilərinə təsir edəcəyi bildirilir. Bu günə qədər bu əməliyyat sistemlərindən istifadə edən oyunçular 1 yanvar 2024-cü il tarixindən etibarən “Steam” tətbiqini aça bilməyəcəklər. İstifadəçilər “Windows 10” və ya “Windows 11” ilə işləyən kompüterə keçməlidirlər.

Açıqlamaya görə, qərarın səbəbi “Google Chrome”un köhnə əməliyyat sistemlərini dəstəkləməyi dayandırmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti