...

39 dərəcə isti olub

Cəmiyyət Materials 9 İyul 2024 09:17 (UTC +04:00)
39 dərəcə isti olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 9-u saat 9:00-a olan məlumata görə, hava şəraiti yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub. Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Xəbər lenti

Xəbər lenti