Bakı. Trend:
Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərrac yolu ilə təkrar satışa çıxarılır.
Trend-in məlumatına görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 oktyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.
İnstitut Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşir.
№ | Müəssisə və obyektin adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
İşçilərin sayı | Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti (manat) |
10% beh (manat) |
1 | Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu | Sumqayıt şəhəri, 44-cü məhəllə |
Ləğv edilmiş Azərikimya Dövlət Şirkəti | 58.1 | 1880.4 | 3 | 46480 | 6972 | 376000 | 415508 | 41551 |