...

2024-cü ildə dövlət qulluğu sertifikatını ən çox bu universitetin məzunları alıblar

Cəmiyyət Materials 23 İyun 2025 12:02 (UTC +04:00)
2024-cü ildə dövlət qulluğu sertifikatını ən çox bu universitetin məzunları alıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il ərzində dövlət qulluğuna qəbul üçün 6 dəfə A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə, 6 dəfə B növü - inzibati icraçı vəzifələr üzrə olmaqla 12 test imtahanı keçirilib.

Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.

Sədr bildirib ki, test imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən 16 695 namizəddən böyük əksəriyyəti - 16 330 nəfər imtahanda iştirak edib.

“İmtahan verən namizədlərdən 4 688 nəfəri (28.1 %) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanıb. Sertifikat alan namizədlərin sayına görə Bakı Dövlət Universiteti (1 041) və Azərbaycan Dövlət İqtisad Universitetinin (553) məzunları ilk sıralardadır. Bakı Dövlət Universitetinin məzunları həm B növü - inzibati icraçı vəzifələr üzrə (996), həm də A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (45) ən yüksək nəticə göstərib”, - deyə M.Abbaszadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti