...

Bu qurumun əməkdaşları dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanlarda liderdirlər

Cəmiyyət Materials 23 İyun 2025 12:25 (UTC +04:00)
Bu qurumun əməkdaşları dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanlarda liderdirlər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Mərkəz tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün 4 test imtahanı keçirilib. İmtahan vermək etmək üçün qeydiyyatdan keçmiş 990 dövlət qulluqçusundan 980-i imtahanda iştirak edib.

Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.

“Test imtahanında iştirak etmiş namizədlərdən 579 nəfəri (58.5 %) tutduğu vəzifənin daxil olduğu altqrupa uyğun, 119 nəfəri tutduğu vəzifənin daxil olduğu altqrupdan aşağı altqrup üzrə sertifikat əldə etmək hüququ qazanıb”, - deyə sədr vurğulayıb.

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanlarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində çalışan dövlət qulluqçuları həm qeydiyyat, həm iştirak, həm də müvafiq sertifikat əldə edənlər siyahısında ilk sıralardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti