...

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edildi

Cəmiyyət Materials 9 Fevral 2026 17:00 (UTC +04:00)
Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edildi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Belə ki, BB vəzifə qrupu üzrə proqrama "ƏMƏLİYYAT SİSTEMLƏRİ" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "MICROSOFT EXCEL 2019 CƏDVƏL PROSESSORU" bölməsinə aid olan Funksiya kateqoriyaları və "MS Excel 2019" elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Bildirilir ki, proqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun: https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti