...

Azad Rəhimov: Azərbaycan məktəblərində bədən tərbiyəsi dərslərinin sayı artırılmalıdır

Cəmiyyət Materials 28 Mart 2006 11:41 (UTC +04:00)

Azərbaycanın Gənclər və İdman Nazirliyi orta təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin sayının artırılması xahişi ilə respublikanın Təhsil Nazirliyinə müraciət edib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycanın orta məktəblərində beşgünlük təhsil sisteminə keçid bədən tərbiyəsi üzrə dərs saatlarının sayını kəskin şəkildə aşağı salıb və bu, digər dərslərlə qeyri-proporsionaldır. "Heç olmasa, əvvəllər mövcud olan dərsləri bərpa etmək lazımdır", -deyə gənclər və idman naziri bildirib.

A.Rəhimov eləcə də Azərbaycandakı idman məktəblərinin vəziyyətini şərh edib və respublikadakı məktəblərin 90-95 faizinin müasir idman bazasına malik olmadığını bildirib. "Bu müəssisələrin böyük hissəsi pis vəziyyətdədir və təmirə ehtiyacı var",- deyə o bildirib.

Nazir bildirib ki, bu gün üçün Azərbaycanın rayonlarındakı idman məktəbləri orta məktəblərin idman zallarından istifadə edirlər ki, bu da qətiyyən düzgün deyil.

"Müstəqil idman bazalarının tikintisi zəruridir", -deyə nazir bildirib və Azərbaycanın 70 rayonunda tikinti işlərinin aparılması üçün müəyyən vaxt və böyük maliyyə xərcləri tələb olunur",- deyə A.Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti