...

20 Yanvar faciəsi İqdırda anılıb

Cəmiyyət Materials 22 Yanvar 2007 12:24 (UTC +04:00)

20 Yanvar faciəsi Türkiyənin İğdır şəhərində də anılıb. Trend in məlumatına görə, anım mərasiminə xeyli sayda insan qatılıb. İqdır bələdiyyəsinin başqanı Nurettin Aras Azərbaycanın eks-prezidenti Heydər Əliyevin İğdırda ucaldılan abidəsinin önünə əklil qoyub.

Nurettin Aras qeyd edib ki, torpaq su ilə yuyulduğu zaman palçıq, qan ilə yuyulduğu zaman Vətən olur və bu Vətən Türkiyədir, Azərbaycandır.

"Azərbaycan xalqının hüzun və şərəf günü olan 20 Yanvarda həlak olan Vətən şəhidlərini heç bir zaman unutmayacağıq. Bu hadisələr zamanı həyatlarını itirmiş insanların övladları onların yasını saxlamaqla yanaşı, şəhidlik zirvəsinə baxaraq başlarını dik tutmalıdırlar. Çünkü Vətən və torpaq şəhidləri ilə ucaldığını bilirlər", - deyə bələdiyyə başqanı vurğulayıb.

Azərbaycanın Qarsdakı konsulluğunun təmsilçisi Nuri Quliyev 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilən qırğınlar barədə danışıb və qeyd edib ki, bu hadisələrə ilk etiraz edən Azərbaycanın eks-prezidenti Heydər Əliyev olub.

Xəbər lenti

Xəbər lenti