...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi ittiham aktının oxunuşu ilə davam edir

Cəmiyyət Materials 1 İyun 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və digər 17 şəxsin məhkəməsi ittiham aktının oxunuşu ilə davam etdirilib. İttiham aktını günün birinci yarısı dövlət ittihamçısı Nazir Bayramov elan edib.

Prokurorun bugünkü çıxışına görə, F.Əliyev Bakı şəhər Nizami rayonu ərazisində yerləşən Qazan-mexaniki Zavodun sahəsini, Bakı toxuculuq - qalanteriya Açıq Tipli Cəmiyyətin Balaxanı istehsal sahəsini, "Azərsənaye" rabitə-icarə müəssisəsinə məxsus torpaq sahəsini, 2 saylı Mexanikləşdirmə İdarəsini, "Magistral - ekspress" ATSC-nə məxsus torpaq sahəsini, Gəncə Quraşdırma İdarəsinin santexdetal sahəsini qanunsuz olaraq özəlləşdirib. F.Əliyevin göstərişinə əsasən, onun işçiləri rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə, həmin sahələrin bazar qiymətindən əhəmiyyətli dərəcədə ucuz qiymətə özəlləşdirilməsinə nail olublar. Məhkəmə prosesi ittiham aktının oxunuşu ilə davam edir.

Xəbər lenti

Xəbər lenti