...

Rio-2016: Qadın taekvondoçumuz da yarımfinalda (YENİLƏNİB)

İdman Materials 19 Avqust 2016 23:11 (UTC +04:00)
Azərbaycan taekvondoçusu Fəridə Əzizova¼ final mərhələsində özbəkistanlı idmançı Nigora Tursunkulovailə qarşılaşıb.
Rio-2016: Qadın taekvondoçumuz da yarımfinalda (YENİLƏNİB)

Digər görüşün nəticəsi əlavə olunub (ilk xəbər saat 18:45-də yayılıb)

Bakı. Trend:

Azərbaycan taekvondoçusu Fəridə Əzizova¼ final mərhələsində özbəkistanlı idmançı Nigora Tursunkulovailə qarşılaşıb.

Trend-in məlumatına görə, təmsilçimiz ikinci görüşdə də qələbə qazanıb – 5:1.

Beləliklə, qadın taekvondoçumuz da yarımfinal mərhələsinə yüksəlib.

X X X

18:45

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Fəridə Əzizova mübarizəyə qoşulub.

67 kq çəki dərəcəsində yarışan qadın təmsilçimiz 1/8 final mərhələsində ABŞ idmançısı MakFerson Peyc ilə qarşılaşıb.

Çətin mübarizə şəraitində keçən döyüşdən idmançımız qalib ayrılıb - 6:5.

Taekvondoçumuz növbəti mərhələdə Özbəkistan təmsilçisi Nigora Tursunkulova ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti