...

Polşalı baş məşqçi: Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər (FOTO)

İdman Materials 16 Fevral 2017 17:55 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər.
Polşalı baş məşqçi: Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər  (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend

Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər.

Trend-in məlumatına görə, bunu batut gimnastikası üzrə Polşa milli komandasının baş məşqçisi Radoslav Valçak deyib.

Baş məşqçi bu arenada iştirakdan zövq aldığını deyib: “Fikirləşirəm ki, sizin arena dünyada ən yaxşılardandır. Sizdə təşkilatçılıq çox yüksək səviyyədədir və digər ölkələr sizdən çox şey öyrənə bilər”.

Onun sözlərinə görə, ötən Dünya Kuboku ilə müqayisədə Polşa millisinin heyətində dəyişikliklər olub:

“Biz komandamızın lideri Artur Zakjevskini buraya gətirmişik. Bundan başqa, komandaya ötən ildən fərqli olaraq qızlar da daxil edilib və iki yeni kişi idmançı da var. Bu, yeni dövrün və yeni ilin ilk yarışıdır. Qaydalarda bir qədər dəyişiklik var. Amma fikrimcə, gimnastlarımız uğurla çıxış edəcək. Biz Arturun finala çıxmasını gözləyirik”.

Yaponiya gimnastları Bakıdadır (FOTO)

Yaponiya gimnastları Bakıdadır (FOTO)

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti