Bakı. Trend:
"Barselona" klubunun hücumçusu Robert Levandovski futbol üzrə İspaniya çempionatının dördüncü turu çərçivəsində keçirilən oyunda “Sevilya” komandasının qapısına qol vurub.
Trend-in məlumatına görə, polşalı hücumçu La Liqada turnirin ilk dörd oyununda ən azı beş qol vuran üçüncü futbolçu olub.
Bundan əvvəl 2009-cu ildə Kriştianu Ronaldu, 2011-ci ildə isə Radamel Falkao bunu edə bilib.