...

Bakıda texniki təhlükəsizlik qaydalarına əməl etməyən yaşayış binasının tikintisi dayandırılıb(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2007 16:17 (UTC +04:00)
Bakıda texniki təhlükəsizlik qaydalarına əməl  etməyən yaşayış binasının tikintisi dayandırılıb(video)

Azərbaycan, Bakı / Trend müxbir Ü. İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müəfəttişliyi cümə günü "Firma Kapitol" yerli şirkəti tərəfindən tikilən yaşayış binalarından birinin tikintisini dayandırıb.

Müfəttişliyin əməkdaşlarının verdiyi məlumata görə, bu tikinti obyektində yoxlamalar bir həftə ərzində aparılıb.

"Müfəttişlik şirkətə texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlı xəbərdarlıq edib və 99 manat həcmində cərimə təyin edib. Lakin "Firma Kapitol" müfəttişliyin aşkar etdiyi problemi aradan qaldırmayıb", - deyə Əmək Müfəttişliyinin nümayəndəsi bildirib.

Əmək Müfəttişliyi Bakıda üç tikinti obyektində tikinti işlərini dayandırıb (sonuncu da daxil olmaqla).

Müfəttişlik əvvəllər Azərbaycanda fəaliyyət göstərən 900 şirkətdən 94-də yoxlamaların aparılacağanı bəyan etsə də, indi yoxlanılacaq şirkətlərin sayı 800-ə çatdırılıb.

Bakıda hazırda 300 yeni bina tikilir.

Xəbər lenti

Xəbər lenti