...

Azərbaycanda tikinti işləri cüzi bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 18:08 (UTC +04:00)
2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.
Azərbaycanda tikinti işləri cüzi bahalaşıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,5 faiz ucuzlaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin və 6 və ya çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,5 faiz ucuzlaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə qiymətlər 0,4 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti