...

Ekspertlər: İpoteka kreditinin maliyyələşməsinin dayandırılması Azərbaycanın daşınmaz əmlak bazarına təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 16:17 (UTC +04:00)
Ekspertlər: İpoteka kreditinin maliyyələşməsinin dayandırılması Azərbaycanın daşınmaz əmlak bazarına təsir etməyib

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Trend ın Azərbaycanın daşınmaz əmlak bazarı üzrə ekspertləri arasında apardığı sorğunun nəticələrinə görə, Azərbaycan İpoteka Fondu xətti ilə verilən ipoteka kreditinin maliyyələşməsinin dayandırılması Azərbaycanın daşınmaz əmlak bazarına təsir etməyib. Sorğuda əsasən "Daşınmaz əmlak bazarının iştirakçıları" təşkilatının direktoru Nüsrət İbrahimov, "Caspian Property Services" qiymətləndirmə şirkətinin və "Azericonsalt" konsaltinq şirkətinin direktorları iştirak ediblər. Ekspertlər bildiriblər ki, əmlakın alqı-satqısı əməliyyatlarının cüzi azalması istisna olmaaqla bu vəziyyət daşınmaz əmlak bazarında qiymətlərə təsir etməyib. İyunun 14-də AİF fondun büdcəsinin tükənməsi səbəbindən krekditlərin maliyyələşməsinin müvəqqəti dayandırıldığını bildirmişdi.

"Koneko" qiymətləndirmə şirkətinin direktoru Azər Babayevin verdiyi məlumata görə, krekditlərin maliyyələşməsinin müvəqqəti dayandırılmasının təsirini müəyyən etmək çox vaxt tələb etməyib, digər tərəfdən də, öz vəsaitləri hesabına ipoteka kreditlərini maliyyələşdirən banklar bu kredtilərə olan tələbatın yarı hissəsini ödəyirlər. 2006-cı ilin dövlət büdcəsindən AİF üçün 26 mln. dollar, cari ilin büdcəsindən isə 20 mln. dollar ayrılıb. AİF ipoteka kreditlərini 2006-cı ilin mart ayından maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti