...

Azərbaycan 2014-cü ildən etibarən Bolqarıstana qaz tədarükünə başlaya bilər

Energetika Materials 24 İyun 2011 11:22 (UTC +04:00)
Azərbaycan 2014-cü ildən etibarən Bolqarıstana qaz tədarükünə başlamağa hazırdır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Azərbaycan 2014-cü ildən etibarən Bolqarıstana qaz tədarükünə başlaya bilər

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir, E.İsmayılov/

Azərbaycan 2014-cü ildən etibarən Bolqarıstana qaz tədarükünə başlamağa hazırdır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Belə razılaşma Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə əldə edilib. Tərəflər arasında görüş Brüsseldə olub.

Məlumata əsasən, qaz tədarükü Türkiyə və Yunanıstan arasında qaz nəqli üzrə sistem qurulduqdan sonra mümkün olacaq.

"Azərbaycan hər il Bolqarıstana Türkiyə vasitəsilə 1 milyard kubmetrdən çox təbii qaz tədarük etməyə hazırdır. Bu, "Şahdəniz" yatağının ikinci fazası çərçivəsində həyata keçiriləcək", - məlumatda deyilir.

İki ay ərzində "Bulqartransqaz" və ARDNŞ Bolqarıstana və Cənub Şərqi Avropaya qaz tədarükü marşrutları ilə bağlı danışqıları davam etdirəcəklər.

Görüş zamanı Traykov bir daha Azərbaycanın qaz tədarükünün şaxələndirilməsi üçün həlledici əhəmiyyətə malik olan, Xəzər qazının Avropada istifadəsinə imkan verən "Nabukko" boru kəmərinin dəstəkləməsi məsələsini qaldırıb.

Traykov və Əliyev Qara dəniz vasitəsilə təbii maye qazın verilməsi layihəsini müzakirə ediblər. "Bulqartransqaz" və ARDNŞ layihənin iqtisadi baxımdan məqsədəuyğunluğunun ilkin tədqiqini başa çatdırıblar və texniki iqtisadi əsaslandırmanın hazırlığına başlamağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti