...

Avropa Komissiyası ARDNŞ-nin DESFA-nı alması ilə bağlı sövdələşməyə baxılması tarixini dəyişib

Energetika Materials 19 Dekabr 2014 13:40 (UTC +04:00)
Trend-in məlumatına görə, bunun əvvəlcə martın 23-dək baş verəcəyi gözlənilirdi, lakin hazırda yekun tarix aprelin 22-dək uzadılıb.
Avropa Komissiyası ARDNŞ-nin DESFA-nı alması ilə bağlı sövdələşməyə baxılması tarixini dəyişib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Avropa Komissiyasının rəqabət üzrə direktoratlığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın qaz nəqli operatoru olan DESFA-da 66 faiz iştirak payının əldə etməsi məsələsinə baxılmasının vaxtını dəyişib.

Trend-in məlumatına görə, bunun əvvəlcə martın 23-dək baş verəcəyi gözlənilirdi, lakin hazırda yekun tarix aprelin 22-dək uzadılıb.

Qeyd edək ki, ARDNŞ DESFA şirkətinin 2/3-ni 400 milyon avroya almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti