...

Yunanıstan Azərbaycandan qaz idxalının artırılması imkanlarını nəzərdən keçirəcək - Səfir

Energetika Materials 19 Oktyabr 2022 19:45 (UTC +04:00)
Yunanıstan Azərbaycandan qaz idxalının artırılması imkanlarını nəzərdən keçirəcək - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Cənub Qaz Dəhlizinin genişləndirilməsini tam dəstəkləyir.

Bunu çərşənbə günü Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos deyib.

"Azərbaycanla Aİ arasında Avropaya qaz tədarükünün iki dəfə artırılması barədə anlaşma memorandumu çərçivəsində biz Azərbaycanla enerji sektorunda əməkdaşlığımızın genişlnməsini səbirsizliklə gözləyirik. Biz bununla bağlı bütün imkanlara müsbət yanaşırıq", - deyə o bildirib.

Səfir əlavə edib ki, Trans-Adriatik qaz xəttinin (TAP) tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha çox sayda Avropa ölkəsini vahid enerji sisteminə bağlayıb.

"Əlbəttə ki, biz gələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçirəcəyik", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti