...

Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb

Energetika Materials 16 Aprel 2026 12:22 (UTC +04:00)
Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614 milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) və Rumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.

Cədvəldə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xam neft və neft məhsullarını idxal edən ən iri 10 ölkə göstərilib:

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

3 273 515.13

1 614 411 760

Çexiya

355 470.34

184 328 190

Rumıniya

372 051.77

178 619 930

Almaniya

270 476.00

127 484 410

Portuqaliya

223 549.41

112 357 890

Tunis

183 708.58

94 503 370

Bolqarıstan

130 821.20

67 865 340

Xorvatiya

86 166.17

40 819 950

Türkiyə

56 030.91

25 891 250

Fransa

61 000.04

24 140 000

Digər

65 044 780

30 287 430

Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti