...

Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

Energetika Materials 17 Aprel 2026 13:23 (UTC +04:00)
Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji diplomatiyası Türkiyəndə Antalya Diplomatiya Forumunda təqdim olunub.

Trend xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə "X" hesabında paylaşım edib.

"Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən nazirlər panelində təchizat zəncirində pozuntular və enerji bazarlarında qiymət dəyişkənliyi ilə müşayiət olunan geosiyasi şəraitdə təhlükəsiz, əlçatan və dayanıqlı enerji təminatı, enerji sahəsində qeyri-müəyyənliklərin idarə olunması, eləcə də enerji mənbələri və marşrutlarının şaxələndirilməsinin vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük. Azərbaycanın müasir enerji xəritəsində fərqlənməsini təmin edən, bütün enerji növlərinin və təchizat marşrutlarının paralel inkişafına əsaslanan siyasəti barədə danışdıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti