Avqustun 31-də AZERİ LT FOB Ceyhan neftinin qiyməti $67,94/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,96/barel artıb). Neft Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend xəbər verir ki, avqustun 31-də AZERİ LT CİF Augusta neftinin qiyməti $69,20/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,89/barel artıb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
Avqustun 31-də URAL (EX-NOVO) neftinin qiyməti $63,08/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $1,30/barel artıb). URAL neftinin sıxlığı APİ üzrə 30,4- 31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
Avqustun 31-də DTD neftinin qiyməti $67,35/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,43/barel artıb). DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neft 1999-cu ildən etibarən Gürcüstanın Supsa limanından "qərb" boru kəməri ilə dünya bazarlarına ixrac olunur.