...

Azərbaycanda 3G standartını dəstəkləyən telefonlara böyük tələbat qeydə alınıb - Nokia

Telekommunikasiya Materials 7 Dekabr 2009 11:05 (UTC +04:00)
Azərbaycanda 3G standartlarını dəstəkləyən telefonlara böyük tələbat qeydə alınıb, Nokia-nın "Cənubi MDB ölkələri" marketinq departamentinin rəhbəri Ruslan Beisov Trend Capital-a deyib.
Azərbaycanda 3G standartını dəstəkləyən telefonlara böyük tələbat qeydə alınıb - Nokia

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanda 3G standartlarını dəstəkləyən telefonlara böyük tələbat qeydə alınıb, Nokia-nın "Cənubi MDB ölkələri" marketinq departamentinin rəhbəri Ruslan Beisov Trend -a deyib.

Beisovun sözlərinə görə, bu gün Azərbaycanın mobil rabil rabitə operatorları şəbəkəsində bu rabitə standartını dəstəkləyən çox sayda telefonlar xidmət göstərir. Azərbaycanda 3G şəbəkəsinin yaranması ilə isə bu telefonların sayı artacaq.

"Biz həmçinin dördüncü nəsil (4G) rabitə standartını dəstəkləyən telefonların hazırlanması üzrə işlər aparırıq. Nokia şirkəti 4G standartını müəyyən edən azsaylı şirkətlərdən biridir. 4G şəbəkəsi ticari istismara hazır olan kimi biz bu rabitə standartını dəstəkləyən telefonları bazarlara təqdim edəcəyik", - Beisov deyib.

Beisovun sözlərinə görə, şirkətin Skandinaviyada həyata keçiriləcək layihəyə birbaşa münasibəti var. Söhbət Skandinaviyada iri opreatorlardan biri olan TeliaSonera-nın həyata keçirdiyi layihədən gedir. Şirkət Osloda ilk icari şəbəkə olan 4G şəbəkəsinin yaradılması üzərində işləyir.

LTE-nin tətbiq edilməsi prosesində Avropanın T-Mobile International, Orange, Vodafone Group kimi operatorları, Alcatel-Lucent, Nokia Siemens Networks, Nortel Networks və Ericsson kimi mobil avadanlıq istehsalçıları iştirak edir. 4G şəbəkəsinin sınaq buraxılışı hələ 2007-ci ilin mayına nəzərdə tutulmuşdu. Şəbəkə siyasi məqsədlərlə 2010-cun ilin əvvəlində istismara veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti