...

Azərbaycanda 540-dan çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 1 Oktyabr 2013 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2013-cü ilin yanvar-sentyabr ayları ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 580 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Bu barədə DRİ-dən Trend-ə daxil olan məlumatda bildirilir.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 543 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 256 ədədi möhürlənmiş, 32 ədədi istismardan çıxarılmış (silinmiş), 36 ədədi qeydiyyata salınmış və 219 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 50 protokol yazılmış və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti