...

Azərbaycanda radioelektron vasitələrin qeyri-qanuni istifadəsi aşkarlanıb

Telekommunikasiya Materials 29 May 2015 13:29 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ ) tərəfindən 2015-ci il yanvar-may dövründə dövlət qeydiyyatından keçməyən 91 ədəd radioelektron vasitə (REV) aşkarlanıb.
Azərbaycanda radioelektron vasitələrin qeyri-qanuni istifadəsi aşkarlanıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ ) tərəfindən 2015-ci il yanvar-may dövründə dövlət qeydiyyatından keçməyən 91 ədəd radioelektron vasitə (REV) aşkarlanıb. Trend-in məlumatına əsasən, bu barədə DRİ bu gün xəbər verib.

Məlumatda deyilir ki, göstərilən dövr ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ tərəfindən 216 akt tərtib edilib.

Onlardan 41 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 8 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 8 protokol tərtib edilib və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti