...

Liviyada ABŞ səfiri öldürülüb - "Əl-Cəzirə" (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Sentyabr 2012 14:37 (UTC +04:00)
Bu gün Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində bu ölkənin səfiri öldürülüb. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Liviyada ABŞ səfiri öldürülüb - "Əl-Cəzirə" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Bu gün Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində bu ölkənin səfiri öldürülüb. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

ABŞ səfirindən başqa, konsulluğun daha üç əməkdaşı da həlak olub.

Daha əvvəl verilən məlumata görə, Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğunda yanğın törədən silahlı şəxslər qumbaraatanlardan binanı atəşə tutublar.

ABŞ-da yayımına hazırlaşılan filmə qarşı etiraz edən naməlum şəxslər çərşənbə axşamı konsulluğun girişində havaya bir neçə dəfə atəş açıblar, ardından binaya daxil olublar və orada yanğın törədiblər. Bəzi müsəlmanların fikrincə, həmin film Məhəmməd (s.ə.s) peyğəmbərin adını ləkələyir.

Daxili İşlər Nazirliyinin nümayəndəliyindən verilən məlumata görə, bundan sonra yaxınlıqdakı ferma ərazisindən konsulluğun binası qumbaraatanlardan atəşə tutulub.

Dünən isə Misirdə adıçəkilən filmin yayımlanmasına qarşı etiraz aksiyası keçirilib. Misirdəki aksiyada bir neçə min insan ABŞ nümayəndəliyini əhatəyə alıb, antiamerika şüarlar səsləndiriblər və səfirlik qarşısında ABŞ bayrağını yandırıblar. Aksiya iştirakçıları diplomatik missiyanın yaxınlığındakı sütunların birinə üzərində İslamın əsas ehkamı olan "Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur" sözləri yazılan qara bayraq asıblar.

Xəbər lenti

Xəbər lenti