Azərbaycan, Bakı, 14 mart /Trend/
İnsan hüquqları üzrə BMT-nin müşahidəçi missiyası martın 17-də Ukraynada işə başlayacaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ümumdünya təşkilatı rəhbərinin müavini Ceffri Feltman BMT Təhlükəsizlik Şurasında cümə axşamı deyib.
"BMT-nin İnsan hüquqları üzrə ali komissarı idarəsinin müşahidə missiyası Ukraynada qarşıdakı bazar ertəsi işə başlamağa hazırdır", - Feltman BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə açıq iclasında bildirib.